İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, "qırmızı - şeytanlar" “Real”ın müdafiəçisi Rafael Varanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ən qısa zamanda tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacaq. Amma tərəflərin neçə illik anlaşdığı barədə məlumat verilmir.
İngiltərə mətbuatı isə Mançester təmsilçisinin fransalı futbolçu üçün qarşı tərəfə 34 milyon sterlinq ödəyəcəyini yazıb.
Qeyd edək ki, Rafael Varan 2011-ci ildən “Real”da çıxış edirdi.