14 mart 2025. Cümə

Neftçi'nin rəqibi Qalatasaray'dan ayrılan futbolçu ilə danışıq aparır


  • Transfer
  • 10:14 28.07.2021
  • Oxunma sayı: 174
Neftçi'nin rəqibi Qalatasaray'dan ayrılan futbolçu ilə danışıq aparır

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Yunanıstan "Olimpiakos"u heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Corner.az "Owngoalnigeria" nəşrinə istinadən xəbər verir ki, Afina təmsilçisi "Qalatasaray"dan ayrılan Henri Onyekuru ilə yaxından maraqlanır.

Müqavilə ilə "Monako"ya məxsus olan 24 yaşlı hücumçu ilə Türkiyənin digər klubları da maraqlanır. Lakin "Olimpiakos"un bir addım öndə olduğu vurğulanıb.

Qeyd edək ki, Henri Onyekuru "Qalatasaray"a bu ilin yanvarında keçib. O, daha əvvəl 2018/2019 mövsümündə və 2020-ci ildə İstanbul klubunda icarə əsasında çıxış edib.

Əlavə edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 21:00-da başlayacaq. "Ağ-qaralar" ilk matçda minimal hesabla uduzub - 0:1.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər