16 dekabr 2025. Çərşənbə axşamı

8 il sonra Fransaya qayıtdı


  • Transfer
  • 10:20 29.07.2021
  • Oxunma sayı: 191
8 il sonra Fransaya qayıtdı

“Liverpul”un sabiq futbolçusu Mamadu Sako karyerasını Fransada davam etdirəcək.

Corner.az xəbər verir ki, “Monpelye” klubu 31 yaşlı müdafiəçini transfer edib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fransalı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

PSJ-nin yetirməsi olan Sako 2013-cü ildə “Liverpul”a keçib və 2017-ci ilə qədər Mersisayd komandasında top qovub. O, son olaraq“Kristal Pelas”da çıxış edib.







Transfer