17 dekabr 2025. Çərşənbə

Səbail'dən ayrılan qapıçı Norveç klubunda


  • Transfer
  • 15:38 29.07.2021
  • Oxunma sayı: 192
Səbail'dən ayrılan qapıçı Norveç klubunda

“Səbail”lə yollarını ayıran Nikolas Hagen karyerasını Norveçdə davam etdirəcək.

Corner.az xəbər verir ki, qvatemalalı qapıçı “Ham-Kam” klubuna keçməyə yaxındır. Bu barədə Norveç mətbuatı məlumat yayıb. Məlumatda, 24 yaşlı qolkiperin yeni klubu ilə müqavilə imzalamaq üçün Norveçə yola düşdüyü vurğulanıb.

“Ham-Kam” Norveçin 1-ci divizionunda çıxış edir.

Hagen  2020/21 mövsümündə “Səbail”də forma geyinib. O, “dənizçilər”lə 27 oyuna çıxıb.







Transfer