16 dekabr 2025. Çərşənbə axşamı

Qalatasaray'dan 7-ci transfer


  • Transfer
  • 10:10 30.07.2021
  • Oxunma sayı: 162
Qalatasaray'dan 7-ci transfer

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”dan Berkan Kutlunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.“Sarı-qırmızılar” 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Berkan Kutlu, ötən mövsümün əvvəlindən “Alanyaspor”da uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 42 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer