- Transfer
- 23:57 07.04.2026
İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, London təmsilçisi PSJ-dən Alfonso Areolanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Areola 2021/2022 mövsümünü icarə əsasında “Vest Hem”in uğurları üçün çalışacaq.
Premyer Liqa klubu yeni mövsümün sonunda 28 yaşlı qapıçının transfer hüquqlarını ala bilər.