- Transfer
- 21:06 17.12.2025
"Yuventus"un sabiq futbolçusu Medhi Benatia karyerasını Türkiyədə davam etdirəcək.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Fatih Karagümrük" 34 yaşlı müdafiəçi transfer edib. Mərakeşli futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, "Roma", "Bavariya" və "Yuventus" klublarda çıxış edən Benatia'nın son klubu Qətərin Əl-Duhail olub.