4 oktyabr 2026. Bazar günü

Adil Rami klubsuz qaldı


  • Transfer
  • 21:47 30.07.2021
  • Oxunma sayı: 181
Adil Rami klubsuz qaldı

Portuqaliyanın “Boavişta” klubu futbolçusu Adil Rami ilə yollarını ayırıb.

Corner.az xəbər verir ki, 35 yaşlı müdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib. Bu barədə “Boavişta”nın mətbuat xidməti məlumat yayıb.

Rami 2020-ci ilin sentyabrından Portuqaliya təmsilçisinin uğurları üçün çalışırdı.

Fransalı futbolçu daha əvvəl Fransada “Lill”, “Marsel”, İspaniyada “Valensiya”, “Sevilya”, İtaliyada “Milan”, Türkiyədə “Fənərbaxça”, Rusiyada “Soçi” kimi klublarda çıxış edib.







Transfer