- Transfer
- 12:17 16.12.2025
İngiltərənin "Arsenal" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London klubu Brayton'un müdafiəçisi Ben Uayt'ı transfer edib. "Topçular" 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
"Arsenal" bu transfer üçün qarşı tərəfə 50 milyon sterlinq ödəyib.
Ben Uayt yeni klubunda 4 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 16 yaşında futbola Sauthampton'da başlayan ingilis oyunçu 18 yaşında Brayton'a keçdi.O, Lids Yunayted'də çıxış etdikdən sonra Nyuport Kounty və Peterbout Yunayted'də çıxış edib.