8 avqust 2026. Şənbə

Borussiya'da yeni müqavilə


  • Transfer
  • 22:16 30.07.2021
  • Oxunma sayı: 163
Borussiya'da yeni müqavilə
Almaniyanın “Borussiya Dortmund" klubu yarımmüdafiəçisi Mahmud Dahudla müqavilənin müddətini artırıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Yeni müqaviləyə əsasən, 25 yaşlı futbolçu 2023-cü ilin yayına kimi Dortmund təmsilçisinin uğurları üçün çalışacaq.
 
Dahud 2017-ci ildən “Borussiya”da çıxış edir. Suriya əsilli almaniyalı futbolçu ötən mövsüm Bundesliqada meydana çıxdığı 21 matçda 1 qol vurub.






Transfer