- Transfer
- 23:59 29.10.2024
İngiltərənin “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger milli komandada çalışa bilər.
Corner.az xəbər verir ki, 71 yaşlı mütəxəssis İsveçrə yığmasının “sükanı arxasına” keçə bilər. Bu barədə İsveçrənin “Blick” nəşri məlumat yayıb. Məlumatda, İsveçrə yığmasını hazırkı məşqçisi Vladimir Petkoviçin bir neçə gün əvvəl Fransanın “Bordo” klubu ilə müqavilə imzalayıb və bu komandada da baş məşqçilik edəcəyi və bu baxımdan İsveçrə yığması Petkoviçin əvəzinə məşqçi axtarışlarına başladığı vurğulanıb.
Namizədlər arasında Arsen Venger də var. İsveçrə Futbol Federasiyasının nümayəndələri fransalı mütəxəssislə yanaşı, bir neçə məşqçiylə danışıqlar aparsa da, yığmanın baş məşqçi postuna ən real namizəd Vengerdir.
Hazırda FİFA-da işləyən Venger də məşqçilik etməyə müsbət yanaşır.
Arsen Venger 1996-cı ildən 2018-ci ilin yayına qədər “Arsenal”ı çalışdırıb.