4 oktyabr 2026. Bazar günü

Nigeriya millisinin üzvü Super Liqada klubunu dəyişdi


  • Transfer
  • 21:52 31.07.2021
  • Oxunma sayı: 169
Nigeriya millisinin üzvü Super Liqada klubunu dəyişdi
Türkiyənin “Sivasspor” klubu heyətinə yeni futbolçu ilə cəlb edib.

Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı yarımmüdafiəçi Azubuike Okeçukvunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu Sivas təmsilçisi Okeçukvunu “Başakşəhər”dən 1 illik icarəyə götürüb.
 
Azubuike futbola ölkəsinin “Niger Tornadoes” komandasında başlayıb. O, Türkiyədə “Yeni Malatyaspor” və “Rizəspor”un da formasını geyinib. Nigeriya millisinin də üzvü olan futbolçu, 2019-cu ildən “Başakşəhər”də çıxış edirdi.






Transfer