3 iyul 2026. Cümə

Qalatasaray'ın sabiq üzvü yenidən Super Liqada


  • Transfer
  • 21:55 31.07.2021
  • Oxunma sayı: 192
Qalatasaray'ın sabiq üzvü yenidən Super Liqada
Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Corner.az xəbər verir ki, Kayseri təmsilçisi sol cinah müdafiəçisi Lionel Karol və yarımmüdafiəçi Emrah Başsanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Başsanla 2 illik müqavilə imzalanıbsa, Karol ilə sözləşmənin müddəti və detalları açıqlanmayıb.
 
Lionel Karol 2018-ci ildən Fransanın “Strasburq” klubunda çıxış edirdi. Fransız müdafiəçi 2015-18-ci illər aralığında Türkiyədə “Qalatasaray”ın da uğurları üçün çalışıb. 2017-ci ildə 30 yaşlı futbolçu İspaniya “Sevilya”sında icarədə də oynayıb. O, əvvəllər “Nant”, “Benfika”, “Sedan” və “Trua”da da çıxış edib.
 
Emrah Başsan isə son üç mövsümü “Ərzurumspor”da keçirib. 29 yaşlı futbolçu geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 41 matçda 9 qol vurub, eyni sayda da məhsuldar ötürmə müəllifi olub.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır