14 mart 2025. Cümə

Bayer'in hücumçusu Premyer Liqa klubunda


  • Transfer
  • 17:26 01.08.2021
  • Oxunma sayı: 192
Bayer'in hücumçusu Premyer Liqa klubunda

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Bayer” klubundan Leon Beylini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vinger tibbi baxışdan keçdikdən sonra Premyer Liqa təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

İngiltərə mətbuatının xəbərinə görə, “Aston Villa” Beyli üçün Bundesliqa klubuna 30 milyon avro ödəyəcək.

Yamaykalı futbolçu “Bayer”lə Bundesliqada ümumilikdə 119 oyuna çıxıb. O, bu matçlarda 28 qol vurub, 21 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici