- Transfer
- 21:57 14.03.2025
Almaniyanın “Bayer” klubu heyətinə yeni futbolçu ilə cəlb edib.
Corner.az xəbər verir ki, Leverkuzen təmsilçisi Odilon Kossununu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikanın “Brügge” klubundan transfer olunan 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Fil Dişi Sahilindən olan futbolçu peşəkar karyerasına “Hammarbü”də başlayıb. O, 2019-cu ildən “Brügge”də forma geyinirdi.
“Bayer” yarımmüdafiəçisi Lukas Alario ilə də yeni müqavilə bağlayıb. 28 yaşlı futbolçu ilə 3 illik sözləşmə imzalanıb.
Argentinalı futbolçu 2017-ci ildən “Bayer”də çıxış edir. O, əvvəllər “River Pleyt” və “Kolon” klublarında da forma geyinib. Alario Argentina yığmasında 9 matça çıxıb.
Almaniya klubu müdafiəçisi Tin Yedvayla da yollarını ayırıb. 25 yaşlı futbolçu karyerasını Rusiyada davam etdirəcək. Xorvatiyalı futbolçu, bu ölkənin “Lokomotiv” (Moskva) klubuna transfer olunub.
O, 2014-cü ildən “Bayer”də çıxış edirdi.