- Transfer
- 21:57 14.03.2025
İspaniyanın “Real” klubunun transferdə əsas hədəfi bəlli olub.
Corner.az xəbər verir ki, Madrid təmsilçisi müdafiəçilər Rafael Varan (“Mançester Yunayted”) və Serxio Ramosun (PSJ) ayrılığından sonra bu mövqeni yeni futbolçu gücləndirmək niyyətindədir. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Məlumatda, “Real”ın “Vilyarreal”dan Pau Torres ilə danışıqlara başladığı vurğulanıb. İspaniyalı futbolçunun özü də "kral klubu"na keçidə müsbət yanaşır.
24 yaşlı müdafiəçinin “transfermarkt”da dəyəri 50 milyon avrodur.
İspaniya millisinin də üzvünün “Vilyarreal”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.