- Transfer
- 21:34 16.12.2025
"Sabah" futbolçusu Ozan Can Kökçü ilə yollarını ayırıb.
Corner.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderlandın “Telstar” komandası ilə razılığa gəlinib.
Qeyd edək ki, Azərbaycan millisinin də formasınbı geyinən Kökçü 2019-cu ildən Bakı təmsilçisinin uğurları üçün çalışırdı. Ötən mövsümün ikinci yarısını “Telstar”da icarədə keçirən oyunçu “Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.