- Transfer
- 23:59 07.08.2026
İtaliyanın “Torino” klubundan ayrılan Salvatore Siriqunun yeni klubu bəlli olub.
Corner.az xəbər verir ki, “Cenoa” klubu 34 yaşlı qapıçını transfer edib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İtaliya millisinin sabiq üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.