- Transfer
- 23:59 29.10.2024
“Barselona”nın prezidenti Xuan Laporta klubla hələ müqavilə imzalamayan Lionel Messi ilə bağlı açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı funksioner, danışıqların müsbət yöndə irəlilədiyini deyib:
“Danışıqlar yaxşı gedir, ancaq bəzi məsələlər hələ həll olunmayıb. Hamımız Messinin La Liqada qalmasının tərəfdarıyıq. Onun özü də burda qalmaq istəyir. İmkan daxilində əlimizdən gələni edəcəyik. Messi “Barselona”da oynamağa davam etmək istəyir”.
İspaniya mətbuatı “Barselona”nın Messi ilə 5 illik razılaşma əldə etdiyini iddia edir.