8 may 2026. Cümə

Yuri Syominin yeni iş yeri bəlli oldu


  • Transfer
  • 13:57 04.08.2021
  • Oxunma sayı: 177
Yuri Syominin yeni iş yeri bəlli oldu

Rusiyanın "Rostov" komandasının yeni baş məşqçisi bəlli olub.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Yuri Syominə tapşırılıb. 74 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Təcrübəli baş məşqçi Rusiya millisinin sükanı arxasına keçən Valeri Karpini əvəzləyib.

Qeyd edək ki, son klubu Moskva "Lokomotiv"i olan Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"yə başçılıq edib.







Transfer