14 mart 2025. Cümə

Sabah gürcüstanlı hücumçu ilə müqavilə bağladı


  • Transfer
  • 17:17 04.08.2021
  • Oxunma sayı: 169
Sabah gürcüstanlı hücumçu ilə müqavilə bağladı

Növbəti mövsümə hazırlıqları davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstanlı hücumçu Mixeil Erqemlidze bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, “Dinamo”nun (Tbilisi, Gürcüstan) yetirməsi olan Erqemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, Gürcüstanın “Çixura”, “Qaqra” və Türkiyənin “Adana Demirspor” klublarında çıxış edib.







Transfer