- Transfer
- 21:57 14.03.2025
İtaliyanın “İnter” klubunun futbolçusu Romelu Lukaku karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Corner.az xəbər verir ki, belçikalı hücumçu “Çelsi” klubuna keçməyə razılıq verib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Zadəganlar”ın illik 15 milyon avro qazanacağı təklifinə Lukaku razılıq verib.
“Çelsi” 28 yaşlı hücumçunun transferi üçün “İnter”lə danışıqlarını davam etdirir. “Neradzurra” Lukaku üçün London klubundan 130 milyon avro tələb edir.
Lukaku daha əvvəl, 2011-2014-cü illərdə “Çelsi”də çıxış edib.