17 dekabr 2025. Çərşənbə

Belçika millisinin kapitanı Fransa klubunda


  • Transfer
  • 12:35 06.08.2021
  • Oxunma sayı: 172
Belçika millisinin kapitanı Fransa klubunda

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Hamburq”dan Amadu Onananı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

“Lill” seneqal əsilli belçikalı futbolçu üçün “Hamburq”a 7 milyon avro ödəyib. Onana yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Onana Belçikanın U-21 yığmasının kapitanıdır.







Transfer