- Transfer
- 23:57 07.04.2026
“Barselona” klubunun prezidenti Xuan Laporta Lionel Messi ilə yeni müqavilə imzalamamalarının səbəbini açıqlayıb.
Corner.az xəbər verir ki, İspaniya mətbuatına danışan 59 yaşlı mütəxəssis, maliyyə feyr-pleyi qaydalarına görə 34 yaşlı hücumçu ilə yeni sözləşmə imzalaya bilmədiklərini deyib:
“Maliyyə vəziyyətimiz pisdir. Maaşlar gəlirlərin yüz on faizini təşkil edir. Borclarımız çoxdur. Messi ilə müqavilə imzalaya bilməməyimizin səbəbi maliyyə feyr-pleyi məsələləri ilə əlaqədardır. Messini komanda saxlamaq üçün "Barselona"nın hüquqlarını 50 il ipotekaya verməli idim”.