- Transfer
- 21:06 17.12.2025
İtaliyanın “Atalanta” klubu türkiyəli müdafiəçi Merih Demiralın keçidini rəsmiləşdirib.
Corner.az xəbər verir ki, Berqamo təmsilçisi 23 yaşlı futbolçunun birdəfəlik alma hüququ ilə mövsümün sonuna qədər “Yuventus”dan icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, “Atalanta”nın Merihi mövsümün sonunda 30 milyon avro ödəyərək birdəfəlik alma hüququna sahib olduğu vurğulanıb.
Türkiyə milli komandasının da üzvü olan Demiral “Yuventus”la 32 matça çıxıb və 1 qol vurub.