17 dekabr 2025. Çərşənbə

Tottenhem'dən 55 milyon avroluq transfer


  • Transfer
  • 00:23 07.08.2021
  • Oxunma sayı: 217
Tottenhem'dən 55 milyon avroluq transfer
İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Atalanta” klubundan Kristian Romeronu transfer edib.
 
Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
“Tottenhem” argentinalı futbolçu üçün “Atalanta”ya 55 milyon avro ödəyəcək.
 
Kristian Romero 2020-ci ildən “Atalanta”nın uğurları üçün çalışırdı. O, ötən mövsüm bu komandanın heyətində 42 matça çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.






Transfer