4 oktyabr 2026. Bazar günü

Mançester Yunayted'in futbolçusu yenidən La Liqa klubunda


  • Transfer
  • 10:38 07.08.2021
  • Oxunma sayı: 195
Mançester Yunayted'in futbolçusu yenidən La Liqa klubunda

İspaniyanın “Alaves” klubu “Mançester Yunayted”in hücumçusu Fakundo Pelistrini yenidən icarəyə götürüb.

Corner.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda, 19 yaşlı hücumçunun 2021/22 mövsümündə də “Alaves”in uğurları üçün çalışacağı vurğulanıb.

Qeyd edək ki, İspaniya klubu uruqvaylı futbolçunu bu ilin yanvarında da 6 aylıq icarəyə götürmüşdü.







Transfer