- Transfer
- 01:49 08.05.2026
"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola , “Barselona” ilə müqaviləsini yeniləməyən Lionel Messi ilə bağlı açıqlama verib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, 34 yaşlı hücumçu ilə maraqlanmadıqlarını bildirib:
“10 nömrəli formanı yeni transferimiz Cek Qrilişə verdik. Çünki Messinin “Barselona”dan ayrılacağını düşünmürdük. Messi hazırda planlarımızda yer almır. Bir “Barselona” azarkeşi olaraq Messinin klubda qalmasını istərdim”.