4 may 2026. Bazar ertəsi

David Luisin yeni klubu bəlli oldu


  • Transfer
  • 12:48 08.08.2021
  • Oxunma sayı: 278
David Luisin yeni klubu bəlli oldu

Son olaraq “Arsenal”da çıxış edən, hazırda azad agent statusu daşıyan David Luiz gələcəyiylə bağlı qərarını verib.

Corner.az xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumatda, braziliyalı futbolçunun “Flamenqo” ilə danışıqlar apardığı vurğulanıb.

David Luizin adı Türkiyənin “Adana Dəmirspor” və Fransanın “Marsel” klubu ilə hallanırdı.







Transfer