15 mart 2025. Şənbə

Messi'dən ayrılıq gözyaşları


  • Transfer
  • 15:40 08.08.2021
  • Oxunma sayı: 239
Messi'dən ayrılıq gözyaşları

Argentinalı futbolçu Lionel Messi  "Barselona"dan ayrılması ilə bağlı təşkil olunan mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

Corner.az xəbər verir ki, "Barselona" ilə vidalaşan Lionel Messi, 21 ildən sonra gələn ayrılığın onun üçün çox çətin olduğunu və buna hazır olmadığını bildirib.

Kamp Nou  Stadionunda keçirilən mətbuat konfransına 34 yaşlı futbolçunun "Barselona" karyerasında qazandığı bütün kuboklar gətirildi. Baş məşqçi Ronald Kuman və komanda yoldaşlarının da olduğu görüşdə Messi göz yaşlarını saxlaya bilmədi.

Keçən il klubdan ayrılmaq istədiyini deyən Messi, "Ancaq bu il vəziyyət fərqli idi. Ailəm və mən burada, evdə qalacağımıza inandıq. İstədiyimiz bu idi. Nə deyəcəyimi bilmirəm. 21 ildən sonra həyat yoldaşım və üç uşağımla birlikdə bu şəhəri tərk edəcəm. Hər şeylə vidalaşmalıyam. Baş verən bu qədər hadisədən sonra mənim üçün çox çətindir. Ayrılmağa hazır deyiləm"

İlk gündən etibarən bütün gücünü kluba verdiyini deyən Messi, yeni müqaviləsinin hazır olduğunu, ancaq La Liqanın qaydalarına görə imzanın son anda imzalana bilməyəcəyini vurğuladı.

Argentinalı futbolçu, Fransanın PSJ komandasına transfer olunacağı iddiaları ilə bağlı suala, "Heç kimə zəmanət vermədim. Ayrılıq anonsundan sonra çoxlu zənglər aldım, danışıqlar apardım. PSJ keçməyim də bir ehtimaldır . " deyə cavab verdi.

"Barselona"nın yetirməsi olan Messi, 17 mövsüm oynadığı Kataloniya təmsilçisi ilə 10 -u La Liqa, 4 -ü UEFA Çempionlar Liqası olmaqla 34 kubok qazandı.

"Barselona" ilə çıxdığı bütün oyunlarda  778 matça çıxan argentinalı futbolçu, 672 qol vurub.

Messi bu müddət ərzində 6 dəfə ilin oyunçusuna verilən Qızıl Top (Ballon d'Or) mükafatını da qazanıb.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici