3 iyul 2026. Cümə

Namik Ələskərov Bursaspor üçün Türkiyəyə yollanır


  • Transfer
  • 10:10 09.08.2021
  • Oxunma sayı: 184
Namik Ələskərov Bursaspor üçün Türkiyəyə yollanır

“Neftçi”nin futbolçusu Namik Ələskərov bu gün Türkiyəyə yola düşəcək.

Corner.az "Bursaspordabugun" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Bursaspor”a keçidini tamamlamaq və rəsmi müqavilə imzalamaq üçün Türkiyəyə yollanacaq. Bursa klubunun vitse-prezidenti Emin Adanur keçidin 99 faiz həll edildiyini söyləyib.

“Bursaspor”un Namikin transferini bu həftə ərzində açıqlayacağı bildirilib.

Namikin “Neftçi” ilə müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır