- Transfer
- 21:57 14.03.2025
“Bavariya” klubunun idman direktoru Hasan Salihamiciç “Barselona”dan ayrılan Lionel Messi ilə bağlı açıqlama verib.
Corner.az xəbər verir ki, klub rəsmisi, 34 yaşlı argentinalı hücumçu ilə heç vaxt danışıqlar aparmadıqlarını bildirib:
“Təəssüf ki, Messi ilə müqavilə imzalaya bilmərik. Onunla heç vaxt danışmamışıq. Yayılan xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur”.
Messinin yaxın zamanda PSJ ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.