17 dekabr 2025. Çərşənbə

Barselona'nın sabiq futbolçuları yenidən birlikdə


  • Transfer
  • 16:41 09.08.2021
  • Oxunma sayı: 190
Barselona'nın sabiq futbolçuları yenidən birlikdə

“Barselona”nın sabiq futbolçusu Boyan Krkiç karyerasını Yaponiyada davam etdirəcək.

Corner.az xəbər verir ki, “Vissel Kobe” 30 yaşlı hücumçunu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Krkiç ilə müddəti 2023-cü ilin yanvarına qədər olan müqavilə imzalanıb.

Krkiç bu ilin yanvarından azad agent idi. İspaniyalı hücumçu, karyerası ərzində “Barselona”, “Milan”, “Roma”, “Stok Siti” kimi klublarda da çıxış edib.

“Vissel Kobe”də “Barselona”nın sabiq futbolçusu Andres İnyesta da forma geyinir.







Transfer