- Transfer
- 21:57 14.03.2025
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Trabzon təmsilçisi Danimarka millisinin hücumçusu Andreas Korneliusu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliyanın “Atalanta” klubundan transfer olunan 28 yaşlı futbolçu artıq Türkiyəyə gəlib. Onun ən qısa zamanda yeni klubu ilə rəsmi müqaviləyə imzalayacağı gözlənilir.
Türkiyə mətbuatının yazdığına görə, “Trabzonspor” bu transferə görə 5.1 milyon avro ödəyib. Futbolçunun özü isə 2.2 milyon avro qazanacaq.
Kornelius ötən mövsümü icarə əsasında “Parma”da keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 30 matçda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.