- Transfer
- 22:19 17.03.2025
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı hücumçu Aleks Teyxeyranı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyəyə gələn 31 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayacaq. O, “qara qartallar”a azad agent statusunda qoşulduğu üçün, 900 min avro imza pulu, həmçinin illik 3 milyon avro qazanacaq.
Qeyd edək ki, Aleks Teyşeyra son olaraq Çinin “Jiangsu Suning” klubunda forma geyinib. O, bu komandanın heyətində son mövsümdə 20 oyuna çıxıb, 10 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Peşəkar karyerasına “Vasko da Qama”da başlamış futbolçu, 2010-2016-cı illər aralığında Ukraynanın “Şaxtyor” (Donetsk) komandasında forma geyinib. 2016-cı ildən isə o, Çində legioner həyatı yaşayırdı.
“Beşiktaş” ötən mövsüm İngiltərənin “Lester Siti” klubundan icarəyə götürdüyü Rəşid Gezzalı da heyətinə qatıb. 29 yaşlı vinger bu gün İstanbula gələcək və tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imzalayacaq. Türkiyə mətbuatının yazdığına görə, İstanbul təmsilçisi Gezzalın transfer hüquqlarını almaq üçün 3.2 milyon avrodan keçib. Əlcəzairli futbolçu göstərdiyi performansla əlaqəli əlavə ödənişlərlə birgə, ilinə 3 milyon avro qazanacaq.
Rəşid Gezzal ötən mövsüm “Beşiktaş”ın heyətində meydana çıxdığı 35 matçda 8 qol vurub, 18 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2018-ci ildən “Lester Siti”də forma geyinirdi. Əlcəzair yığmasının da üzvü olan futbolçu, əvvəllər “Fiorentina”, “Olimpik” (Lion) və “Monako”da da forma geyinib.