15 mart 2025. Şənbə

Sevilya Ozan'la danışıqlara başladı


  • Transfer
  • 10:20 10.08.2021
  • Oxunma sayı: 122
Sevilya Ozan'la danışıqlara başladı

"Şalke”dən ayrılacağı gözlənilən müdafiəçi Ozan Kabak karyerasını İspaniyada davam etdirə bilər.

Corner.az xəbər verir ki, “Sevilya” klubu 21 yaşlı futbolçu ilə yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumatda, Əndəlüs təmsilçisinin idman direktoru Ramon Monçinin Ozanın keçidi üçün “Şalke” ilə danışıqlara başladığı vurğulanıb. La Liqa klubu türk müdafiəçi üçün ilkin olaraq 10 milyon avro təklif edib.

“Şalke” isə Ozanı azı 15 milyon avroya satmaq istəyir. Tərəflər arasında danışıqlar davam edir.

Son mövsümü icarə əsasında “Liverpul”da keçirən futbolçu ilə Almaniyanın “Bayer” klubu da maraqlanır.







Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici