17 dekabr 2025. Çərşənbə

Milan 36 milyona aldığı futbolçunu icarəyə verdi


  • Transfer
  • 16:44 10.08.2021
  • Oxunma sayı: 191
Milan 36 milyona aldığı futbolçunu icarəyə verdi

İtaliyanın “Milan” klubu futbolçusu Mattia Kaldaranı icarəyə verib.

Corner.az xəbər verir ki, 27 yaşlı müdafiəçi 2021/2022 mövsümünü “Venetsiya” klubunda keçirəcək. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, italiyalı futbolçu 2018-ci ilin yayında 36 milyon avro qarşılığında “Yuventus”dan transfer olunub.







Transfer