- Transfer
- 23:59 29.10.2024
"İnter"in futbolçusu Kristian Eriksen karyerasını Niderlandda davam etdirə bilər.
Corner.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, "Ayaks" klubu 29 yaşlı yarımmüdafiəçinin ürəyindəki kardioverter-defibrillyator cihazı çıxarılmasa, transfer edəcək.
Danimarkalı oyunçu qarşıdakı aylarda cihazdan xilas olacağı təqdirdə Milan təmsilçisində qalacaq. Eriksenin ürəyində hansısa cihaz qalacağı təqdirdə o, Amsterdam təmsilçisinə qayıdacaq.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 - 2013-cü illərdə "Ayaks"ın formasını geyinib