15 mart 2025. Şənbə

Qalatasaray növbəti transferini rəsmiləşdirdi


  • Transfer
  • 00:51 12.08.2021
  • Oxunma sayı: 145
Qalatasaray növbəti transferini rəsmiləşdirdi
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Kopenhagen”dən Viktor Nelssonu transfer edib.
 
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Qalatasaray” bu transferə görə “Kopenhagen”ə 5 il içində 7 milyon avro ödəyəcək. "Sarı - qırmızı"lar yeni transferinin qiymətini açıqlayıb. Qarşıdakı 5 il içində hansısa klub danimarkalı futbolçunu transfer etmək istəsə, “Qalatasaray”a 25 milyon avro təzminat ödəməlidir.
 
Viktor Nelsson “Nordsyelland” klubunun yetirməsidir. Mərkəz müdafiəçisi 2019-cu ildən “Kopenhagen”də çıxış edirdi.






Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici