"Səbail” heyətini yeni futbolçularla gücləndirib.
Corner.az xəbər verir ki, paytaxt klubu sabiq yarımmüdafiəçisi Ruslan Hacıyevi heyətinə qatıb.
“Qarabağ” və “Samtrediya”da da oynamış futbolçu ilə 1 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu daha öncə də iki dəfə “dənizçilər”in heyətinə cəlb olunub. Ruslan köhnə-yeni komandasında “18” nömrəli formanı geyinəcək.
Paytaxt klubunun digər transferi yarımmüdafiəçi Orxan Fərəcovdur. 20 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasında “20” nömrəli formada çıxış edəcək.
“Səbail” qanalı mərkəz müdafiəçisi Camal Araqonu da heyətinə qatıb.28 yaşlı futbolçuyla da 1 illik sözləşmə imzalanıb. Kosovo “Drita”sından transfer olunmuş müdafiəçi yeni komandasında “30” nömrəli forma ilə çıxış edəcək.