17 dekabr 2025. Çərşənbə

Dieqo Kostanın yeni klubu bilindi


  • Transfer
  • 15:59 12.08.2021
  • Oxunma sayı: 242
Dieqo Kostanın yeni klubu bilindi

İspaniya milli komandasının sabiq hücumçusu Dieqo Kosta karyerasını Braziliyada davam etdirəcək.

Corner.az “goal.com”a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “Atletiko Mineyro” klubu ilə razılaşıb. Kosta yaxın zamanda Braziliya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Braziliya əsilli ispaniyalı hücumçu yeni klubunda illik 3 milyon dollar məvacib alacaq.

Dieqo Kostanın son klubu “Atletiko Madrid” olub. O, 2020-ci ilin dekabrından klubsuzdur.







Transfer