- Transfer
- 21:57 14.03.2025
İsveçrə milli komandasının futbolçusu Mario Qavranoviç karyerasını Türkiyədə davam etdirəcək.
Corner.az xəbər verir ki, son olaraq Xorvatiyanın “Dinamo” komandasında çıxış edən 31 yaşlı hücumçu “Kayserispor”la razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda, Qavranoviçin yeni klubu ilə 2 illik müqavilə imzalayacağı vurğulanıb.
İsveçrəli futbolçu 2018-ci ilin yanvarından “Dinamo”da çıxış edirdi. O, Zaqreb təmsilçisi ilə 132 oyunda 48 qol vurub.