17 dekabr 2025. Çərşənbə

Millimizin sabiq hücumçusu Şalke'də


  • Transfer
  • 17:39 12.08.2021
  • Oxunma sayı: 209
Millimizin sabiq hücumçusu Şalke'də

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov karyerasını yenidən Almaniyada davam etdirəcək.

Corner.az xəbər verir ki, 30 yaşlı hücumçu "Şalke"nin II komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

Təcrübəli futbolçu Regional Liqada çıxış edən "Şalke" ilə müqavilə imzalayıb. Lakin sözləşmənin detalları barədə açıqlama verilməyib.

Qeyd edək ki, son olaraq ABŞ-ın "Finiks Rayzinq" klubunun formasını geyinən Rüfət Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da çıxış edib.







Transfer