- Transfer
- 21:57 14.03.2025
"İnter"in hücumçusu Romelu Lukakunun "Çelsi"yə keçidi rəsmiləşib.
Corner.az xəbər verir ki, 7 il sonra yenidən "Çelsi"yə qayıdan belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Müqavilə imzaladıqdan sonra Lukaku "zadəganlar"a qayıtmasını belə şərh edib: "Bu möhtəşəm kluba qayıtdım. Uşaqlıqdan hər zaman "Çelsi"ni dəstəkləmişəm. Klubun hədəfləri ilə mənim hədəflərim uyğundur. Bu imkan doğru zamanda gəldiyini düşünürəm. Birlikdə çox şeyə nail ola bilərik. Daha çox kubok qazanmaq üçün geri qayıtdım. Bu çox gözəl bir hissdir. "
İngiltərə mətbuatı London klubunun 28 yaşlı futbolçu üçün İtaliya təmsilçisinə 115 milyon avro təzminat ödədiyini yazıb.
Qeyd edək ki, Lukaku ötən mövsüm "İnter"də 40 matça çıxıb, 30 qol vurub və 11 ötürmə ilə yadda qalıb.