17 dekabr 2025. Çərşənbə

Namik Ələskərov bu gün Bursaspor'la müqavilə bağlayacaq


  • Transfer
  • 10:14 13.08.2021
  • Oxunma sayı: 184
Namik Ələskərov bu gün Bursaspor'la müqavilə bağlayacaq

"Neftçi"nin futbolçusu Namik Ələskərovun Türkiyənin "Bursaspor" klubuna keçidi bu gün rəsmiləşə bilər.

Corner.az "bursa.com" saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu gün Bursaya yollanacaq 2+1 illik müqavilə bağlayacaq.

Yunanıstan "Olimpiakos"una qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda (0:1) zədələnən Azərbaycan millisinin üzvünün matçlara bir müddət maska ilə çıxacağı bildirilib. Bunun üçün İstanbuldan xüsusi maska sifariş olunub.

Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir. 







Transfer