17 dekabr 2025. Çərşənbə

Silva Arsenal'ın hədəfində


  • Transfer
  • 10:49 13.08.2021
  • Oxunma sayı: 155
Silva Arsenal'ın hədəfində

“Mançester Siti”nin futbolçusu Bernardo Silva “Arsenal”ın maraq dairəsinə düşüb.

Corner.az xəbər verir ki, “şəhərlilər” portuqaliyalı yarımmüdafiəçini ən yaxşı məbləğə satmağa razıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Topçular” yaxın zamanda Silva üçün “Mançester Siti”yə təklif göndərəməyə hazırlaşır. 27 yaşlı yarımmüdafiəçi “şəhərlilər”dən ayrılmaq istəsə də, karyerasını Çempionlar Liqasında iştirak edən bir komandada davam etdirmək istədiyi bildirilir.

“Arsenal” ötən mövsüm İngiltərə Premyer Liqasını 8-ci sırada bitirib və avrokuboklara vəsiqə qazana bilməyib.







Transfer