- Transfer
- 21:57 14.03.2025
“Napoli”nin futbolçusu Lorenso İnsinye “İnter”ə keçə bilər.
Corner.az xəbər verir ki, “neradzurra” 30 yaşlı hücumçu üçün Neapol klubu ilə danışıqlara başlayıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumatda, avroöa çempionun “Napoli”nin prezidenti Aurelio De Laurentislə problemlər yaşadığı üçün klubu tərk etməyə müsbət yanaşdığı vurğulanıb Neapol təmsilçisi bu səbəbdən italyalı futbolçunu azı 30 milyon avroya satmaq istəyir.
İnsinyenin “Napoli” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
İnsinye İtaliya milli komandası ilə AÇ-2020-nin qalibi olub.