- Transfer
- 21:34 16.12.2025
"Neftçi"nin futbolçusu Namik Ələskərov ötən gün səhər saatlarında Türkiyəyə yollanıb.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, "Bursaspor"la anlaşan 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. I liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq millimizin futbolçusu "Adanaspor"a qarşı mövsümün ilk turunun matçında meydana çıxacağı gözlənilir.
Burnundakı zədəsi tam sağalmayan Ələskərovun xüsusi üz maskası ilə oynayacağı bildirilib.
Qeyd edək ki, Namik Ələskərov 2017-ci ildən "Neftçi"də çıxış edir.