17 dekabr 2025. Çərşənbə

Zirə'dən daha 3 transfer


  • Transfer
  • 10:50 14.08.2021
  • Oxunma sayı: 161
Zirə'dən daha 3 transfer

“Zirə” daha 3 gənc futbolçunu heyətinə qatıb.

Corner.az xəbər verir ki, 20 yaşlı Ramin Əhmədov və Samir Qurbanovla 4, 21 yaşlı Rüstəm Nuriyevlə isə 3 illik müqavilə imzalanıb.

Hər üç futbolçu ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda çıxış edib. Ramin Əhmədov və Rüstəm Nuriyev “Zaqatala”, Samir Qurbanov isə “Kəpəz” klubunun formasını geyinib.







Transfer