3 iyul 2026. Cümə

Şkrtelin yeni klubu


  • Transfer
  • 17:37 16.08.2021
  • Oxunma sayı: 202
Şkrtelin yeni klubu

“Liverpul”un sabiq futbolçusu Martin Şkrtelin yeni klubu bəlli olub.

Corner.az xəbər verir ki, 36 yaşlı müdafiəçi ölkəsinin “Spartak” klubuna keçib. Bu barədə Trnava təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Slovakiya millisinin sabiq üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Şkrtel daha əvvəl İngiltərədə “Liverpul”, Rusiyada “Zenit”, İtaliyada “Atalanta”, Türkiyədə “Fənərbaxça” və “Başakşəhər” kimi klublarda çıxış edib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır